Paytaxtın Nərmanov rayonunda təhsil  işçisinin yubileyi qeyd olunub

Bakının Nərimanov rayonundakı 82 №-li tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin üzvü, katibə Zümrüd Muradovanın doğum günü qeyd edilib. 
ATİAHİ Nərimanov rayon komitəsi əmək fəaliyyətində xidmətlərinə, məktəbin ictimai işlərində fəallığına, əmək fəaliyyətinin 37 və anadan olmasının 55 illik yubileyi münasibətilə Z.Muradovanı Fəxri fərmanla təltif edib. Yubiliyara həmçinin rayon komitəsi tərəfindən qiymətli hədiyyə təqdim olunub.
Z.Muradova göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkür edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo