ATİAHİ Respublika Komitəsində THİK sədrləri ilə görüş keçirilib

ATİAHİ Respublika Komitəsində THİK sədrləri ilə görüş keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri ilə görüş keçirib. Görüş bu ilin  sentyabr ayında Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində keçiriləcək “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfransa hazırlıq məqsədi ilə təşkil olunub. Gənclər siyasətinin ATİAHİ-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edən A.Paşayev bildirib ki, bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək, təşkilat gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam ruhda tərbiyə olunması, müasir düşüncə tərzinə malik layiqli vətəndaşlar kimi yetişməsi ilə bağlı müxtəlif layihələr reallaşdıracaq. O bildirib ki, “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda keçiriləcək konfrans da bu tədbirlərdən biri olacaq. Sonra tədbir diskussiya şəklində davam etdirilib, THİK sədrlərinin təklifləri dinlənilib. A.Paşayev konfransın yüksək səviyyədə təşkil edilməsi ilə bağlı müvafiq tövsiyələrini verib.  IMG_0061.JPG 1.14 MB

28.08.2024

AHİK-in növbədənkənar VII qurultayı keçirilib

AHİK-in növbədənkənar VII qurultayı keçirilib

Avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VII qurultayı keçirilib.AHİK sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və qurultayı açıq elan edib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Reqlamentə uyğun olaraq, qurultayın Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib. qurultayın gündəliyinə təşkilati məsələ daxil edilib.Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev Konfederasiyaya rəhbərlik etdiyi ötən müddət ərzində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən, həmkarlar ittifaqlarının hüquqlarının, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi naminə atılmış real addımlardan danışıb, göstəriciləri səsləndirib, eləcə də Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq nüfuzundan bəhs edib.Sonra Səttar Möhbalıyev Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq AHİK sədrliyindən istefa verdiyini açıqlayıb. Onun istefası səsə qoyulub və qurultay iştirakçıları tərəfindən qəbul edilib.Qurultayda AHİK-in sədri vəzifəsinə seçki keçirilib. Sədr vəzifəsinə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qurultay nümayəndəsi Sahib Əli oğlu Məmmədovun namizədliyi irəli sürülüb və o, açıq səsvermə qaydasında yekdilliklə AHİK-in sədri seçilib.Sahib Məmmədov ona etimad göstərən qurultay iştirakçılarına təşəkkür edib, Azərbaycan həmkarlar ittifaqlarının inkişafı, üzvlərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində səylə çalışacağını vurğulayıb. Bildirib ki, Konfederasiyanın fəaliyyətində bundan sonra da şəffaflıq, bərabərlik, inklüzivlik təmin etdiriləcək, qabaqcıl təcrübələr tətbiq olunacaq, xarici ölkələrin həmkarlar ittifaqları ilə münasibətlər genişləndiriləcək, eləcə də ölkəmizdə həmkarlar ittifaqlarının nüfuzunun daha da artırılması naminə real addımlar atılacaq.1-4.jpg 91.07 KB3-4.jpg 78.2 KB5-4.jpg 123.04 KB6-4 (1).jpg 62.3 KB7-3 (2).jpg 101.87 KB

26.08.2024

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin II Məclisi keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin II Məclisi keçirilib

Avqustun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) II Məclisi keçirilib. ATİAHİ-nin sədri sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin sədrliyi ilə keçirilən iclasda Məclisin gündəliyi təsdiq edilib. İclasda təşkilati məsələyə baxılıb.Məclisdə çıxış edən S.Möhbalıyev ATİAHİ-yə rəhbərlik etdiyi müddətdə görülmüş işlərdən, əldə olunmuş uğurlardan danışıb. Çıxışının sonunda o, Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq ATİAHİ Respublika Komitəsinin Məclis, Rəyasət Heyəti üzvlüyündən, Respublika Komitəsinin sədrliyindən istefa verdiyini açıqlayıb. S.Möhbalıyevin istefası Məclis üzvləri tərəfindən qəbul edilib.Sonra ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilib və təşkilata yeni sədr seçkisi həyata keçirilib. Məclis üzvlərinin açıq səsverməsi yolu ilə keçirilən seçkidə Araz Nadir oğlu Paşayev ATİAHİ-nin sədri seçilib.ATİAHİ-nin yeni sədri A.Paşayev ona etimad göstərən Məclis üzvlərinə təşəkkür edib, rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı səylə çalışacağını vurğulayıb.1-3.jpg 187.78 KB6-3 (1).jpg 230.29 KB4-3.jpg 109.62 KB7-2 (1).jpg 116.95 KB2-3.jpg 328.48 KB5-3 (1).jpg 168.31 KB3-3.jpg 461.07 KB

22.08.2024

İttifaq üzvləri Qusar, Quba, Lerik və Lənkəranda dincəliblər

İttifaq üzvləri Qusar, Quba, Lerik və Lənkəranda dincəliblər

 ATİAHİ Nərimanov rayon komitəsi ittifaq üzvlərinin mənalı istirahəti və asudə vaxtının səmərəli keçirilməsi üçün tədbirlərini davam etdirir.Bu dəfə komitə 37, 73, 82, 177, 193, 212 nömrəli tam orta məktəblərində, həmçinin Məkrəb Lisey Komplekində çalışan ittifaq üzvlərinin ölkəmizin səfalı bölgələrinə bir günlük istirahət səfərlərini təşkil edib.Qusar, Quba, Lerik və Lənkəran rayonlarında olan təhsil işçiləri həmin rayonların gəzməli və görməli ərazilərində olub, könül oxşayan təbiət mənzərələrini seyr edib dincəliblər. Eləcə də tur iştirakçıları üçün süfrə açılıb, yerli mətbəxin ləziz təamlarından dadıblar. İttifaq üzvləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.IMG-20240627-WA0039.jpg 1.45 MBIMG-20240627-WA0040.jpg 440.63 KBIMG-20240627-WA0030.jpg 356.05 KBIMG-20240627-WA0029.jpg 274.27 KBIMG-20240627-WA0022.jpg 359.83 KBIMG-20240807-WA0014.jpg 273.26 KB

15.08.2024

Xaçmazda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusunun açılışı olub

Xaçmazda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusunun açılışı olub

İyulun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində yeni tikilən korpusun açılışı olub.Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, ATİAHİ RK-ya üzv təşkilatların rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.AHİK sədri binaya baxış keçirib. Bildirilib ki, üçmərtəbəli korpusda ümumilikdə 45 otaq var. Otaqlardan 12-si 3 nəfərlik, 33-ü isə 5 nəfərlikdir. Bütün otaqlar kondisioner, televizor və soyuducu ilə təchiz olunub.Konfederasiya sədri istirahət mərkəzinin ərazisində yeni tikilmiş 2 kotecin də açılışını edib. Məlumat verilib ki, koteclər ikimərtəbəlidir və hər kotec 10 nəfər üçün nəzərdə tutulub (ümumilikdə 20 nəfər). Koteclərdə ittifaq üzvlərinin rahat dincəlməsi üçün hər cür zəruri şərait yaradılıb.Bunlardan başqa, mərkəzin ərazisində istirahət edənlərin çimib sərinləməsi üçün daha bir hovuz tikilib. İki hissədən ibarət olan hovuz böyüklər və uşaqlar üçün nəzərdə tutulub. Hovuz vaxtaşırı təmizlənib dərmanlanır, xlorlama və dezinfeksiya əməliyyatları aparılır.Həmçinin istirahət məkanının yeməkxanası və mətbəxi yenidən təmir olunaraq genişləndirilib. İstirahətdə olanlar burada milli və Avropa mətbəxlərinin müxtəlif təamlarından dadırlar.Yeni tiklilərlə tanışlıqdan sonra Konfederasiya sədri Səttar Möhbalıyev istirahət mərkəzinin ərazisini gəzib, korpus otaqlarına və kotteclərə baxıb, ittifaq üzvlərinin dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub. Həmçinin sədr mərkəzdə dincələn insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib. AHİK sədri mərkəzin rəhbərliyinə texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunması barədə tapşırıqlarını verib.Sonda AHİK sədri Səttar Möhbalıyev jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, 2013-cü ildə istifadəyə verilən “Təhsil” İstirahət Mərkəzi 10 hektardan artıq ərazini əhatə edir: “Buraya yeni tikililərlə birlikdə üçmərtəbəli 3 yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar, ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda 800-ə yaxın şəxs istirahət edə bilir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir”.Səttar Möhbalıyev əlavə edib ki, təhsil işçilərinin, eləcə də həmkarlar ittifaqlarının bütün üzvlərinin səmərəli və mənalı istirahəti üçün bundan sonra da müvafiq addımlar atılacaq.9 (1).jpg 124.45 KB8 (1).jpg 203.55 KB7 (3).jpg 205.93 KB6 (2).jpg 123.85 KB5 (3).jpg 183.31 KB4 (3).jpg 306.61 KB3-1 (1).jpg 87.85 KB2-1 (1).jpg 193.99 KB

23.07.2024

Bakının 39 №-li məktəbinin müəllimləri Şuşada olublar

Bakının 39 №-li məktəbinin müəllimləri Şuşada olublar

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nərimanov rayon komitəsinin təşkilatçılığı ilə 39 nömrəli tam orta məktəbin pedaqoji kollektivi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın işğaldan azad etdiyi, Azərbaycanımızın dilbər guşəsi olan Şuşa şəhərinə səfər ediblər.Onlar şəhərin tarixi-mədəni irsi, işğal dövründə məruz qaldığı dağıntılar, hazırda aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar. Həmçinin ittifaq üzvləri Cıdır düzünü, Şuşa qalasını, Vaqifin məqbərəsini, Qala divarlarını, Üzeyir Hacıbəyli, Xurşudbanu Natavan və Bülbülün heykəlini, Gövhər ağa məscidini, ermənilər tərəfindən dağıdılmış digər mədəniyyət abidələrini ziyarət ediblər.Eləcə də mədəniyyət paytaxtımız Şuşanı işğaldan azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.Səfərdən mənun qalan və xoş təəssüratlarla ayrılan ittifaq üzvləri təşkilatçılara təşəkkür ediblər.IMG-20240619-WA0015 (1).jpg 1.1 MBIMG-20240619-WA0013 (1).jpg 199.16 KBIMG-20240619-WA0012 (1).jpg 217.66 KB

01.07.2024

Paytaxtın 178 №-li məktəbinin müəllimləri Şuşaya səfər ediblər

Paytaxtın 178 №-li məktəbinin müəllimləri Şuşaya səfər ediblər

Nərimanov rayonunun D.Nəbiyev adına 178 №-li tam orta məktəbində çalışan ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək üçün ölkəmizin mədəniyyət paytaxtı Şuşaya bir günlük tur təşkil olunub.ATİAHİ Nərimanov rayon komitəsinin maliyyə dəstəyi ilə baş tutan səfər zamanı ittifaq üzvləri yol boyu işğaldan azad olunmuş torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərini seyr ediblər.Onlar Şuşada Yuxarı Gövhər ağa məscidində, dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində olublar. Eyni zamanda səfər nümayəndələri əsrarəngiz mənzərəsi ilə dünyanın məşhur təbiət ərazilərindən sayılan Cıdır düzündə gəzinti ediblər. Sonda Şuşa qalasına və “Xarı bülbül” simvollu abidəyə baxış olub.Tur iştirakçıları onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və təşkilatçılara təşəkkür ediblər.1716961213631.jpg 65.43 KB1716961213617.jpg 321.88 KB1716961213565.jpg 216.58 KB

05.06.2024

ATİAHİ Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib

ATİAHİ Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib

Mayın 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) XVIII hesabat-seçki konfransı keçirilib.Konfransdan öncə ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və konfransın nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.Şəhidlər xiyabanı da konfrans iştirakçıları tərəfindən ziyarət edilib, şəhid məzarlarına gül dəstələri düzülüb.Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binasında ATİAHİ RK-nın konfransı başlayıb.ATİAHİ RK-nın və AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və konfransı açıq elan edib.Ardınca Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və dünyadan köçən ittifaq üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Reqlamentə uyğun olaraq, konfransın Rəyasət heyəti, Redaksiya, Mandat və Hesablayıcı komissiyaların tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.Gündəliyə ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı, Təftiş komissiyasının hesabatı, Məclisin yeni tərkibinin seçilməsi, Təftiş komissiyasının yeni tərkibinin seçilməsi, Azərbaycan Prezidentinə Müraciətin qəbul edilməsi və təşkilati məsələ (Məclis üzvləri, ATİAHİ RK sədri və sədrin müavinlərinin seçilməsi) barədə məsələlər daxil edilib.ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı bağlı ATİAHİ RK-nın sədri Səttar Möhbalıyev çıxışı dinlənilib. O, əvvəlcə Azərbaycan həmkarlar ittifaqının güclü təşkilata çevrilməsində Ulu Öndər Heydər Əliyevin rolundan və göstərdiyi dövlət dəstəyindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf göstəricilərindən, misilsiz qələbələrlə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından, Böyük Qayıdış proqramından, eləcə də son illərdə təhsil sahəsində qazanılmış nailiyyətlərdən danışıb.ATİAHİ RK-nın fəaliyyəti ilə bağlı sədr bildirib ki, qurum öz funksiya və vəzifələrini layiqincə yerinə yetirmək üçün səylə çalışır: ”Hesabat dövründə Məclisin 9, Rəyasət heyətinin 53 iclası keçirilib. Müzakirəyə çıxarılmış məsələlər əsasən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, təhlükəsiz iş şəraiti, istirahəti və müalicəsi ilə bağlı olub. İttifaqı üzvlərinin sayında əhəmiyyətli artım müşahidə edilib. Həmkarlar ittifaqları strukturu, üzvlük və qeydiyyat məsələləri təkmilləşdirilib. Ötən dövrdə şəhər, rayon və rayon hüquqlu təşkilatlara ittifaq üzvlərindən 440 932 müraciət daxil olub, bütün müraciətlər diqqətlə araşdırılıb, onlara lazımi köməklik göstərilib. Bu müraciətlərdən 6143-ü əmək hüquqlarının müdafiəsi, 5716-sı həmkarlar ittifaqı orqanlarının işi, 83617-si sosial-iqtisadi məsələlər, 345456-sı isə maddi yardımların verilməsi ilə bağlı olub. Daxil olmuş müraciətlərin 419625-i müsbət həll edilib. Bu dövrdə bütövlükdə AHİK-in və həmkarlar ittifaqı büdcəsi hesabına 31 min 942 ədəd yollayış alınıb və 55 min 126 nəfər ittifaq üzvü və onların ailə üzvlərinin istirahəti və müalicəsi təmin edilib”.Səttar Möhbalıyev Respublika Komitəsi tərəfindən hesabat dövründə yeni Kollektiv Saziş layihəsinin hazırlandığını, Elm və Təhsil Nazirliyinin müvafiq komissiyası ilə birlikdə müzakirə aparıldığını və 2017-2019, 2019-2021, 2021-2023 və 2023-2025-ci illər üzrə kollektiv sazişlərin imzalandığını deyib: “ATİAHİ RK-nın xidmətinə aid olan üzv təşkilatlar da kollektiv müqavilələr bağlayıb. Son yeddi ildə yüzlərlə ittifaq üzvü öz əvvəlki işinə bərpa edilib. COVID 19 pandemiyası ilə əlaqədar Respublika Komitəsi və üzv təşkilatlar tərəfindən karonavirusa yoluxmuş 64 139 ittifaq üzvünə maddi yardım göstərilib, 45 443 ailəyə isə ərzaq yardımı verilib. Bundan başqa, xeyli sayda qoruyucu vasitələr alınaraq həmkarlar ittifaqı üzvlərinə paylanılıb. Parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsində 760 nəfər təhsil işçisi döyüşlərə qatıldı. Onlardan 21 nəfəri şəhid oldu. ATİAHİ RK-nın maliyyə vəsaiti və tərtibatı ilə “Qəhrəman təhsil işçiləri” adlı kitab çap olunaraq şəhid ittifaq üzvlərimizin xatirəsi əbədiləşdirildi. Üzv təşkilatlar tərəfindən 15800 nəfərdən artıq müharibə iştirakçısı olan ittifaq üzvlərinə və şəhid ailələrinə maddi yardım və ərzaq bağlamaları verilib. Bununla yanaşı, şəhid ailələrinə, qazi və veteranlara 987 ədəd 1634 nəfərlik sanatoriya və istirahət yerlərinə yollayış verilib. Həmçinin Respublika Komitəsi 32 şəhid ailəsini himayəyə götürüb”.Çıxışın ardından hesabat ətrafında müzakirələr aparılıb, qurumun fəaliyyəti qənaətbəxş hesab olunaraq səsçoxluğu ilə təsdiqlənib. Eləcə də Təftiş komissiyasının hesabat məruzəsi dinlənilib və səsə qoyulub.Konfransda həmçinin Məclisin və Təftiş komissiyasının yeni tərkibi seçilib.Gündəlikdəki ATİAHİ RK sədrinin və müavinlərin seçilməsi məsələsinə də baxılıb. Bildirilib ki, üzv təşkilatlarda keçirilən yığıncaq və konfranslarda Səttar Suliddin oğlu Möhbalıyevin sədr vəzifəsinə namizədliyi irəli sürülüb və bugünkü konfransın müzakirəsinə verilməsi barədə qərarlar qəbul olunub. Bu qərar konfrans iştirakçıları tərəfindən də dəstəklənib və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, AHİK sədri, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən ATİAHİ RK-nın sədri seçilib.Səttar Möhbalıyev ona etimad göstərən konfrans iştirakçılarına təşəkkür edib, bundan sonra da rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində daha səylə çalışacağını vurğulayıb.Eyni zamanda Hümbət Nağıyev sədrin birinci müavini, Mirzə Cəfərzadə isə müavin seçilib.Sonda konfrans iştrirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.2-6.jpg 232.84 KB1-7.jpg 142.98 KB4-7 (1).jpg 177.92 KB3-7.jpg 256.99 KB5-3.jpg 209.68 KB6-3.jpg 179.51 KB11-1.jpg 82.23 KB9-2.jpg 65 KB7-3 (1).jpg 82.13 KBE21A8969.JPG 1.97 MBE21A8981.JPG 2.34 MBE21A8988.JPG 2.36 MBE21A8990.JPG 2.21 MBE21A8991.JPG 2.1 MBE21A8993.JPG 2.31 MB8-5.jpg 205.41 KBE21A9022.JPG 4.54 MB

31.05.2024

 “Ekoloji tərbiyənin təhsildə rolu” mövzusunda konfrans  keçirilib

“Ekoloji tərbiyənin təhsildə rolu” mövzusunda konfrans keçirilib

Bakının Nərimanov rayonunun N.Tağıyev adına 212 №-li tam orta məktəbinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə “Ekoloji tərbiyənin təhsildə rolu” mövzusunda elmi-praktik konfrans  keçirilib.“Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP29 bağlı təşkil olunan tədbirdə öncə məktəbin dəhlizində rəsm sərgisinə və “Ekoloji yaşıllaşdırma”, ”Təbiəti qoruyaq” “Azərbaycanın təbii sərvətləri”, ”Suyu və havanı çirkləndirməyək”, ”Ağaca qulluq etsən, öz bəhrəsini verəcək” mövzusunda əl işlərinə baxış keçirilib.Konfransı giriş sözü ilə məktəbin direktoru Sevil Cavadova açıb və ölkəmizin yaşıl iqtisadi strategiyasından, bu istiqamətdə görülən işlərdən, alternativ enerji layihələrindən və onun səmərəsindən danışıb. Həmçini tədbir zamanı “Yaşıl dünya naminə həmrəylik ilinə” töhfə kimi məktəb kollektivi tərəfindən hazırlanan “Ekoloji tərbiyənin təhsildə rolu” adlı metodik vəsaitin təqdimatı olub. Kitabda dil və fənn müəllimlərinin məqalələri toplanaraq üç dilə tərcümə edilərək dərc edilib. Təhsil İnstitutunun şöbə müdiri, dosent Aynur Paşayeva, böyük elmi işçi Təranə İsmayılova, UNEC-nin baş müəllimi Cəmilə Həsənova, “Yaşıl dünya” elmi-tədqiqat dərnəyinin rəhbəri Könül Bayramova, 212 li tam orta məktəbin əməkdar müəllimi Nailə Mustafayeva elmi-praktik konfransın aktuallığından, təhsil müəssiəslərində ekoloji biliklərin geniş təbliğindən danışıb, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən bəhs edərək gənc nəslin tərbiyəsində və ekoloji dünyagörüşün formalaşdırılmasında müəllim-şagird münasibətlərinin vacibliyini  vurğulayıblar.Sonda məktəbin yaradıcı şagirdlərinin təqdimatında ədəbi-bədii kompazisiya və COP29-la bağlı videoçarx nümayiş etdirilib.20240517_152200.jpg 4.26 MBIMG-20240519-WA0024.jpg 173.29 KBIMG-20240519-WA0023.jpg 155.01 KBIMG-20240519-WA0014.jpg 209.47 KB

22.05.2024

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutub.Mayın 15-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri əsasında 7 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.

17.05.2024

 5 №-li Respublika internat məktəbi ilin ən yaxşı müəssisəsi seçilib

5 №-li Respublika internat məktəbi ilin ən yaxşı müəssisəsi seçilib

   “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqədə iştirak etmək üçün Nərimanov rayon Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 №-li Respublika internat məktəbinin sənədləri AHİK-in müsabiqə komissiyasına təqdim edilib.Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin və ətraf mühitin mühafizəsi sahəsində ən yaxşı müəssisə və təşkilatı aşkara çıxarmasına nail olmaqdır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 №-li Respublika internat məktəbi müsabiqənin qalibi olub və fəxri fərmanla təltif olunub. ATİAHİ Nərimanov rayon komitəsinin baş məsləhətçisi V.Əbilova məktəbin kollektivi ilə görüş keçirib və fəxri fərmanı məktəbin direktoru İradə Vəzirovaya  təqdim edib.20240408_105059.jpg 3.87 MB

29.04.2024

ATİAHİ RK Rəyasət heyətinin iclası keçirilib

ATİAHİ RK Rəyasət heyətinin iclası keçirilib

Aprelin 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Rəyasət heyəti üzvlərini tanış edib.“ATİAHİ RK-nın 2023-cü ilə dair ümumi illik statistik hesabatı barədə”, “İlk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqlarının yekunları və irəli sürülən təkliflər barədə”, “2023-cü ildə ATİAHİ RK-da və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ-nin üzv təşkilatlarında AHİK-in 25.11.2009-cu il 6b 32 saylı tarixli qərarı ilə keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsinin yekunları barədə”, “2023-cü ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2023-cü ildə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təşkili ilə bağlı görülmüş işlər barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.Sonda RK-nın sədri Səttar Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə bir sıra tapşırıq və tövsiyələrini çatdırıb.3 (3).jpg 250.46 KB2 (4).jpg 80.32 KB7 (2).jpg 104.11 KB

01.04.2024

ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb

ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb

2023/2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün verilməsi və “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibi olmuş tələbələrin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə ali məktəblərin tələbə həmkarlar ittifaqlarının sədrləri və tələbələr iştirak ediblər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxışında bildirib ki, ATİAHİ RK-nın adlı təqaüdü 1995-ci ildə təsis edilib: “İndiyə kimi, 2914 tələbə bu təqaüddən yararlanıb. Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcək. Təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Respublika Komitəsinin fəaliyyətinin əsas istiqamətini gənclər təşkil edir. Hər il onların sosial vəziyyətinin yaxşılaşdırılması, tələbələr arasında idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların elmə, təhsilə marağının artırılması, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bizim bu işləri görməkdə məqsədimiz gənclərin asudə vaxtını səmərəli keçirmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq, dövlətimizin gənclər siyasətinə dəstək olmaqdır”.Onun sözlərinə görə, Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir: “Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son 20 ildə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. İnanırıq ki, Azərbaycanın gənclər siyasəti bundan sonra da uğurla davam etdiriləcək, gənclərimiz Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər”.Sonda 65 tələbəyə ATİAHİ RK-nın adlı təqaüdü, intellektual oyunun 18 qalibinə isə diplom və pul mükafatı verilib.E21A7596.jpg 152.91 KBE21A7587.jpg 155.13 KBE21A7567.jpg 151.45 KBE21A7548.jpg 197.19 KBE21A7545.jpg 167.95 KB

15.03.2024

Nərimanov rayonunda qadın ittifaq üzvlərinə hədiyyələr təqdim olunub

Nərimanov rayonunda qadın ittifaq üzvlərinə hədiyyələr təqdim olunub

ATİAHİ Nərimanov rayon komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın ittifaq üzvlərini təbrik edib.Belə ki, komitə rayonun məktəbəqədərtəhsil müəssisələrində çalışan 625 qadın ittifaq üzvünə hədiyyələr verib.Qadınlar təbriklərə və onlara göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür ediblər.168 bağça.jpeg 268.07 KB180 bağça.jpeg 323.98 KB164 bağça.jpeg 143.52 KB148 bağça.jpeg 187.36 KB80 bağça.jpeg 107.44 KB71 bağça.jpeg 144.89 KB49 bağça.jpeg 248.16 KBWhatsApp Image 2024-03-11 at 13.59.29.jpeg 152.62 KBWhatsApp Image 2024-03-11 at 13.54.17.jpeg 90 KBWhatsApp Image 2024-03-11 at 13.55.36 (1).jpeg 309.83 KB

15.03.2024

Nərimanov rayonunun ilk həmkarlar ittifaqlarında hesabat-seçkilər başa çatıb

Nərimanov rayonunun ilk həmkarlar ittifaqlarında hesabat-seçkilər başa çatıb

 ATİAHİ Nərimanov rayon komitəsinə aid olan 45, 178 və 202 №-li tam orta məktəblərdə hesabat-seçki yığıncaqları keçirilib. Hər üç seçkidə rayon komitəsi nümayəndəsi və ittifaq üzvləri iştirak ediblər.Yığıncaqlarda  gündəliyə uyğun olaraq, sədrlərin ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabatları dinlənilib, yeni sədrlər seçilib, rəyasət heyəti və təftiş komissiyalarının tərkibi formalaşıb.Bununla da Nərimanov rayon komitəsinə aid bütün ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları başa çatıb.202 məktəbb3.jpeg 195.66 KB202 məktəb2.jpeg 202.6 KB202 məktəb1.jpeg 203.59 KB202 məktəb.jpeg 234.35 KB178 məktəb.jpeg 63.03 KB45 məktəb1.jpeg 242.4 KB45 məktəb.jpeg 265.73 KB

06.03.2024

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo