ATİAHİ Respublika Komitəsində THİK sədrləri ilə görüş keçirilib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri ilə görüş keçirib. Görüş bu ilin sentyabr ayında Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində keçiriləcək “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfransa hazırlıq məqsədi ilə təşkil olunub. Gənclər siyasətinin ATİAHİ-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edən A.Paşayev bildirib ki, bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək, təşkilat gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam ruhda tərbiyə olunması, müasir düşüncə tərzinə malik layiqli vətəndaşlar kimi yetişməsi ilə bağlı müxtəlif layihələr reallaşdıracaq. O bildirib ki, “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda keçiriləcək konfrans da bu tədbirlərdən biri olacaq. Sonra tədbir diskussiya şəklində davam etdirilib, THİK sədrlərinin təklifləri dinlənilib. A.Paşayev konfransın yüksək səviyyədə təşkil edilməsi ilə bağlı müvafiq tövsiyələrini verib. IMG_0061.JPG 1.14 MB
28.08.2024
AHİK-in növbədənkənar VII qurultayı keçirilib
Avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VII qurultayı keçirilib.AHİK sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və qurultayı açıq elan edib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Reqlamentə uyğun olaraq, qurultayın Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib. qurultayın gündəliyinə təşkilati məsələ daxil edilib.Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev Konfederasiyaya rəhbərlik etdiyi ötən müddət ərzində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən, həmkarlar ittifaqlarının hüquqlarının, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi naminə atılmış real addımlardan danışıb, göstəriciləri səsləndirib, eləcə də Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq nüfuzundan bəhs edib.Sonra Səttar Möhbalıyev Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq AHİK sədrliyindən istefa verdiyini açıqlayıb. Onun istefası səsə qoyulub və qurultay iştirakçıları tərəfindən qəbul edilib.Qurultayda AHİK-in sədri vəzifəsinə seçki keçirilib. Sədr vəzifəsinə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qurultay nümayəndəsi Sahib Əli oğlu Məmmədovun namizədliyi irəli sürülüb və o, açıq səsvermə qaydasında yekdilliklə AHİK-in sədri seçilib.Sahib Məmmədov ona etimad göstərən qurultay iştirakçılarına təşəkkür edib, Azərbaycan həmkarlar ittifaqlarının inkişafı, üzvlərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində səylə çalışacağını vurğulayıb. Bildirib ki, Konfederasiyanın fəaliyyətində bundan sonra da şəffaflıq, bərabərlik, inklüzivlik təmin etdiriləcək, qabaqcıl təcrübələr tətbiq olunacaq, xarici ölkələrin həmkarlar ittifaqları ilə münasibətlər genişləndiriləcək, eləcə də ölkəmizdə həmkarlar ittifaqlarının nüfuzunun daha da artırılması naminə real addımlar atılacaq.1-4.jpg 91.07 KB3-4.jpg 78.2 KB5-4.jpg 123.04 KB6-4 (1).jpg 62.3 KB7-3 (2).jpg 101.87 KB
26.08.2024
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin II Məclisi keçirilib
Avqustun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) II Məclisi keçirilib. ATİAHİ-nin sədri sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin sədrliyi ilə keçirilən iclasda Məclisin gündəliyi təsdiq edilib. İclasda təşkilati məsələyə baxılıb.Məclisdə çıxış edən S.Möhbalıyev ATİAHİ-yə rəhbərlik etdiyi müddətdə görülmüş işlərdən, əldə olunmuş uğurlardan danışıb. Çıxışının sonunda o, Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq ATİAHİ Respublika Komitəsinin Məclis, Rəyasət Heyəti üzvlüyündən, Respublika Komitəsinin sədrliyindən istefa verdiyini açıqlayıb. S.Möhbalıyevin istefası Məclis üzvləri tərəfindən qəbul edilib.Sonra ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilib və təşkilata yeni sədr seçkisi həyata keçirilib. Məclis üzvlərinin açıq səsverməsi yolu ilə keçirilən seçkidə Araz Nadir oğlu Paşayev ATİAHİ-nin sədri seçilib.ATİAHİ-nin yeni sədri A.Paşayev ona etimad göstərən Məclis üzvlərinə təşəkkür edib, rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı səylə çalışacağını vurğulayıb.1-3.jpg 187.78 KB6-3 (1).jpg 230.29 KB4-3.jpg 109.62 KB7-2 (1).jpg 116.95 KB2-3.jpg 328.48 KB5-3 (1).jpg 168.31 KB3-3.jpg 461.07 KB
22.08.2024
İttifaq üzvləri Qusar, Quba, Lerik və Lənkəranda dincəliblər
ATİAHİ Nərimanov rayon komitəsi ittifaq üzvlərinin mənalı istirahəti və asudə vaxtının səmərəli keçirilməsi üçün tədbirlərini davam etdirir.Bu dəfə komitə 37, 73, 82, 177, 193, 212 nömrəli tam orta məktəblərində, həmçinin Məkrəb Lisey Komplekində çalışan ittifaq üzvlərinin ölkəmizin səfalı bölgələrinə bir günlük istirahət səfərlərini təşkil edib.Qusar, Quba, Lerik və Lənkəran rayonlarında olan təhsil işçiləri həmin rayonların gəzməli və görməli ərazilərində olub, könül oxşayan təbiət mənzərələrini seyr edib dincəliblər. Eləcə də tur iştirakçıları üçün süfrə açılıb, yerli mətbəxin ləziz təamlarından dadıblar. İttifaq üzvləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.IMG-20240627-WA0039.jpg 1.45 MBIMG-20240627-WA0040.jpg 440.63 KBIMG-20240627-WA0030.jpg 356.05 KBIMG-20240627-WA0029.jpg 274.27 KBIMG-20240627-WA0022.jpg 359.83 KBIMG-20240807-WA0014.jpg 273.26 KB
15.08.2024
Bizimlə əlaqə