ATİAHİ Nərimanov rayon komitəsi ittifaq üzvlərinin istirahətini hər zaman diqqətdə saxlayır, onlar üçün turlar təşkil edir.
Növbəti səfərdə rayonun T.Həsənov adına 57 №-li tam orta məktəbin ittifaq üzvləri iştirak ediblər. Lənkəran və Lerik rayonuna tur zamanı müəllimlərin mənalı istirahəti təmin edilib, əsrarəngiz təbiət mənzərələri seyr edilib, süfrə açılıb, fotolar çəkdirilib. İttifaq üzvləri istirahətlərindən razılıqlarını ifadə edib və təşkilatçılara təşəkkür ediblər.