Paytaxtın Nərimanov rayonunda Zəfər günü münasibətilə silsilə tədbirlər keçirilib

 
Şəhid ailələri, qazilər və müharibə veteranları daim ATİAHİ Nərimanov rayon komitəsinin diqqət mərkəzindədir, hərtərəfli qayğı ilə əhatə olunurlar. Həmçinin həmkarlar ittifaqı üzvü olan hər bir şəhid ailəsinin, qazinin və müharibə veteranının ehtiyacları ön planda dayanıb.
Rayon komitəsi tərəfindən Zəfər Günü münasibətilə II Qarabağ müharibəsi şəhidlərinin ailələrinin və veteranların sosial müdafiələrini gücləndirmək məqsədilə maddi həvəsləndirilmişlər.
ATİAHİ Nərimanov rayon komitəsinin xidmətində olan təşkilatların hər birində Zəfər bayramı münasibətilə silsilə tədbirlər təşkil olunub.
Həmçinin rayon komitəsinin təşkilatçılığı ilə “Ankara məktəbi” məktəb-liseyinin ittifaq üzvləri üçün “Çanaqqala” restoranında tədbir baş tutub. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə liseyin direktoru Səmayə Eynullayeva çıxış edərək bildirib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də respublikamızın ərazi bütövlüyünün bərpası və işğal edilmiş tarixi torpaqlarımızın azad olunması uğrunda “Dəmir Yumruq” əməliyyatı ilə başladığımız Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılan möhtəşəm qələbə hərb tariximizə qızıl hərflərlə yazılıb. Bu şanlı qələbə tariximizdə əbədi qalacaq, gələcək nəsillər üçün böyük bir məktəb olacaq.
Digər çıxış edənlər vətənpərvərlik ruhlu bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo