ATİAHİ Nərimanov rayon komitəsi tərəfindən ittifaq üzvlərinin istirahət etmələri üçün ölkəmizin turizm potensialı yüksək olan rayonlarına turlar təşkil olunub.
Belə ki, rayonun 45, 73, 178, 258 №-li, həmçinin 5 №-li Respublika internat məktəbinin və Məktəb Lisey Kompleksinin kollektivlərinin Şamaxı, Oğuz, Qəbələ, Lənkəran və Lerik rayonlarına səfərləri baş tutub.
Səfər zamanı onlar getdikləri rayonların tarixi abidələrini ziyarət edib, gəzməli yerlərinə baş çəkib, yerli mətbəxin ləziz təamlarından dadıb fotolar çəkdiriblər.
İştirakçılar təşkil olunan səfərdən razı qaldıqlarını bildirib və bunun üçün rayon komitəsinə təşəkkür ediblər.