ATİAHİ Nərmanov rayon komitəsi hər zaman şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edir, şəhid ailələrinə maddi və mənəvi köməklik göstərir.
Ənənənin davamı olaraq müqəddəs Ramazan bayramı ərəfəsində yaxınları 44 günlük Vətən müharibəsində şəhid olmuş ittifaq üzvlərinə maddi yardım edilib.
Qeyd edək ki, maddi dəstək göstərilən sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 № li respublika internat məktəbin müəllimi, ittifaq üzvü Sidiqə Qasımovanın həyat yoldaşı kəşfiyyatçı-mayor Abbas Qasımov, 291№-li Ekologiya liseyinin müəllimi, ittifaq üzvü Türkan Qasımovanın qardaşı əsgər Orxan Qasımov, 47 №-li tam orta məktəbin müəllimi, ittifaq üzvü Natella Abbasova oğlu əsgər Vahid Abbasov və “Tərəqqi” texniki-humanitar liseyinin laborantı, ittifaq üzvü Günel Mirzəyevanın həyat yoldaşı Elçin Mirzəyev Vətən müharibəsində şəhid olublar. Nobel Qardaşları adına 36 №-li tam orta məktəbin müəllimi, ittifaq üzvü Şəmidə Əliyeva oğlu mayor Emil Əliyev isə 30 noyabr 2021-ci il tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Bundan başqa, 177 №-li tam orta məktəbin həmkarlar ittifaqı təşkilatı tərəfindən Ramazan bayramı münasibətilə 15 aztəminatlı ittifaq üzvünə ərzaq məhsullarından ibarət bayram payı təqdim olunub.