Paytaxtın Nərimanov rayonunda Novruz şənlikləri keçirilib
Bakının Nərimanov rayonunda Novruz bayramı münasibətilə tədbirlər təşkil olunub. Belə ki, ATİAHİ Nərimanov rayon komitəsi tərəfindən T.Həsənov adına 57 №-li tam orta məktəbin və İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin ittifaq üzvlərinin iştirakı ilə bayram şənlikləri keçirilib.
Hər iki tədbirdə bayram süfrəsi açılıb, konsert proqramı nümayiş etdirilib.
Çıxış edənlər bildirib ki, Novruz xalqımızın ən qədim bayramı olaraq əsrlərdir Odlar yurdunda ən yüksək səviyyədə qeyd edilir. Vurğulanıb ki, bütün təzyiqlərə baxmayaraq, xalqımız Novruz ənənələrini unutmamış, yeni-yeni nəsillərə ötürərək yaşatmış və zənginləşdirmişdir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev bayram günlərində şəhərə çıxar, şənliklərdə iştirak edər, insanlarla bayramlaşaraq onlara xoş ovqat bəxş edərdi. Dövlətimizin başçısı cənab İlham Əliyev də bu ənənənin davamı olaraq hər Bahar bayramında xalqımıza təbrik ünvanlayır, imzaladığı əfv sərəncamları ilə yüzlərlə ailəyə sevinc bəxş edir.
Tədbir digər çıxışlarla davam edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo