Paytaxtın Nərimanov rayonunda Müəllimlər Günü qeyd olunub
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlayıb. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim yeni cəmiyyət quruculuğunun memarlarıdır. Bu gün məktəblərimizdə bu qiymətə layiq olan, öz peşəsini ürəkdən sevən, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlərimiz çoxdur. Paytaxtın Nərimanov rayonunda hər il Müəllimlər Günü yüksək səviyyədə qeyd olunur. Bu il də rayonun A.Hümbətov adına 291 №-li Ekologiya liseyinin və  M.Şəhriyar adına 193 №-li tam orta məktəbində tədbirlər təşkil olunub, müəllimlərin ünvanına təbriklər deyilib.
ATİAHİ Nərimanov rayon komitəsi həmin məktəblərin göstəriciləri yüksək olan müəllimlərinə Fəxri fərman və hədiyyələr təqdim edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo