Paytaxtın Nərimanov rayonunda həmkarlar ittifaqı üzvləri üçün bayram şənlikləri təşkil olunub

ATİAHİ Nərimanov rayon komitəsi bütün bayramlarda və əlamətdar günlərdə olduğu kimi, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də tabeliyində olan təşkilatlarla bir sıra tədbirlər keçirib.
Belə ki, rayonun 34, 82, 178 və 207 №-li tam orta məktəblərinin, həmçinin S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının ittafaq üzvləri üçün ayrı-ayrı günlərdə bayram şənlikləri keçirilib.
Paytaxtın müxtəlif şadlıq saraylarında təşkil olunan şənliklərdə süfrələr açılıb, bir-birindən maraqlı musiqi nömrələri, səhnəciklər və rəqslər iştirakçıların könlünü oxşayıb. İttifaq üzvləri onlara göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo