Paytaxtın Nərimanov rayonunda həmkarlar ittifaqı sədrinin yubileyi qeyd olunub
Aprelin 8-də Nərimanov rayonunun İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyində həmkarlar  ittifaqı  komitəsinin sədri, rayon həmkarlar ittifaqı məclisinin  üzvü, mədəni-kütləvi işlər üzrə daimi komissiyanın sədri Bircəxanım Aydınovanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə B.Aydınovanın həyat yolundan, rayonun ictimai-siyasi həyatındakı xidmətlərindən, fədakar fəaliyyətindən danışılıb.
ATİAHİ Nərimanov rayon komitəsi yubiliyarı təbrik edərək ona rayon və liseyin  ictimai işlərində fəallığına, pedaqoji sahəsindəki səmərəli xidmətlərinə, əmək  fəaliyyətinin 36 və anadan olmasının 60 illik yubileyi münasibətilə Fəxri fərman və qiymətli hədiyyə təqdim edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo