ATİAHİ Nərimanov rayon komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayon məktəblərində silsilə tədbirlər keçirilib.
Rayonun E.Əliyev adına 93 №-li tam orta məktəbinin həmkarlar ittifaqı komitəsinin təşəbbüsü ilə martın 5-də təşkil olunan tədbirdə məktəbin həmkarlar komitəsinin sədri Südabə Sadıqova xanım müəllimləri təbrik edərək onlararın ünvanın xoş sözlər deyib. Vurğulayıb ki, rayon təhsilinin inkişafında qadın müəllimlər xüsusi xidmətlər göstərirlər. Onun sözlərinə görə, Azərbaycan qadını təkcə bu gün yox, bütün dövrlərdə öz istedadları, zəkaları, iradələri və əzmkarlıqları ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstəriblər. Sonra xanımlara hədiyyələr təqdim olunub.
Bundan başqa, bayram münasibətilə rayonun 202, 258 №-li tam orta məktəblərinin, Məktəb Lisey Kompleksinin, “Peşə təhsili və insan kapitalı” Dövlət Agentliyinin həmkarlar təşkilatları tərəfindən qadın müəllimlərə və işçilərə müxtəlif qiymətli hədiyyələr və pul mükafatı verilib. Həmçinin müraciət əsasında 237 nəfərə maddi yardım təqdim olunub.