Bakının Nərimanov rayonunun T.Həsənov adına 57 №-li tam orta məktəbinin ilk həmkarlar ittifaqı komitəsinin sədri, təftiş komissiyasının üzvü, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tamella Qasımovanın 60 yaşı tamam olub.
ATİAHİ Nərimanov rayon komitəsi Tamella müəllimi təbrik edib, ona məktəbin ictimai işlərində fəallığına, pedaqoji sahədəki səmərəli xidmətlərinə, əmək fəaliyyətinin 41 və anadan olmasının 60 illik yubileyi münasibətilə Fəxri fərman və hədiyyə verib.
Tamella müəllim ona göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür edib və bundan sonra da pedaqoji fəaliyyətini vicdanla davam etdirəcəyini, şagirdlərin elmi biliklərə daha dərindən yiyələnməsi naminə səylə çalışacağını deyib.