Üzvlərinin sağlamlığına qayğı göstərilməsi, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində Azərbaycan həmkarlar ittifaqları ardıcıl olaraq əhəmiyyətli və effektli işlər görür. Eləcə də bayram və dövlətimiz üçün digər əlamətdar günlərdə, həmçinin ittifaq üzvlərinin doğum günlərində onları təbrik edir, müxtəlif hədiyyələr verir.
Ənənənin davamı olaraq ATİAHİ Nərimanov rayon komitəsi 65 yaşı tamam olmuş rayonun Azad Hümbətov adına 291 №-li Ekologiya liseyinin müəllimləri – Yaqut Salehova, Şəfiqə Ağayeva və Dilbər Ağasıyevanı Fəxri fərmanla təltif edib, onlara qiymətli hədiyyələr təqdim olunub.