Paytaxtın 178 №-li məktəbinin müəllimləri Şuşaya səfər ediblər
Nərimanov rayonunun D.Nəbiyev adına 178 №-li tam orta məktəbində çalışan ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək üçün ölkəmizin mədəniyyət paytaxtı Şuşaya bir günlük tur təşkil olunub.
ATİAHİ Nərimanov rayon komitəsinin maliyyə dəstəyi ilə baş tutan səfər zamanı ittifaq üzvləri yol boyu işğaldan azad olunmuş torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərini seyr ediblər.
Onlar Şuşada Yuxarı Gövhər ağa məscidində, dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində olublar. 
Eyni zamanda səfər nümayəndələri əsrarəngiz mənzərəsi ilə dünyanın məşhur təbiət ərazilərindən sayılan Cıdır düzündə gəzinti ediblər. Sonda Şuşa qalasına və “Xarı bülbül” simvollu abidəyə baxış olub.
Tur iştirakçıları onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və təşkilatçılara təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo