Nərimanovda 65 yaşı tamam olmuş müəllimlər mükafatlandırılıb

 
Bakının Nərimanov rayon S.Yolçuyev adına 207 №-li tam orta məktəbin 65 yaşı tamam olmuş müəllimləri mükafatlandırılıb.
 Belə ki, ATİAHİ Nərimanov rayon komitəsi tərəfindən uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş Sədaqət Quliyeva, Xatirə Quliyeva, Asiya Əliyeva və Raisa Novruzova 65 illik yubileyləri ilə əlaqədar Fəxri fərmanla təltif olunub və onlara qiymətli hədiyyələr bağışlanıb.
Tədbirdə müəllimlərin fəaliyyətindən, onların keçdikləri şərəfli ömür yolundan, gənc nəslin yetişməsində xidmətlərindən danışılıb.
Yubiliyarlar tədbirin təşkilatçılarına təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo