Nərimanov rayonunun ilk həmkarlar ittifaqlarında hesabat-seçkilər başa çatıb

 ATİAHİ Nərimanov rayon komitəsinə aid olan 45, 178 və 202 №-li tam orta məktəblərdə hesabat-seçki yığıncaqları keçirilib. Hər üç seçkidə rayon komitəsi nümayəndəsi və ittifaq üzvləri iştirak ediblər.
Yığıncaqlarda  gündəliyə uyğun olaraq, sədrlərin ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabatları dinlənilib, yeni sədrlər seçilib, rəyasət heyəti və təftiş komissiyalarının tərkibi formalaşıb.
Bununla da Nərimanov rayon komitəsinə aid bütün ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları başa çatıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo