ATİAHİ Nərimanov rayon komitəsinin təşkilatçılığı ilə martın 6-da həmkarlar ittifaqı fəal olan fiziki tərbiyə müəllimləri üçün 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakı-Şamaxı-Bakı marşrutu üzrə bir günlük tur təşkil olunub.
Tur yüksək səviyyədə təşkil olunmaqla fiziki tərbiyə müəllimləri tərəfindən müsbət qarşılanıb.
Nərimanov rayon komitəsinin sədri Gülarə Hüseynova çıxışında dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən idmana olan diqqət və qayğıdan, ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarından, idmançılarımızın dünyanın idman meydanlarında əldə etdikləri nailliyətlərdən danışıb.