ATİAHİ Nərimov rayon komitəsi ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq rayonun ümumtəhsil məktəblərində fəaliyyət göstərən ittifaq üzvləri arasında şahmat yarışı keçirib.
Açılış mərasimində çıxış edən komitənin sədri Gülarə Hüseynova Ümummilli Liderin həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından, dövlət quruculuğundan, idmanın inkişafına diqqətindən bəhs edib. Bildirib ki, Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Sonra yarışa start verilib. Noyabrın 28-dən dekabrın 10-dək davam edən yarış iki mərhələdə keçirilib:
I mərhələ - orta ümumtəhsil məktəblərində dekabrın 5-dək;
II mərhələ - rayon komitəsində dekabrın 10-da.
Nərimanov rayon komitəsi yarışın I mərhələsinin qaliblərinin hər birini 50 manat pul mükafat verib.
Yarışın II mərhələsində 1-ci yeri M.Şəhriyar adına 193 №-li tam orta məktəbin müəllimi Elbrus Hüseynov, 2-ci yeri Z.Hümbətov adına 291 №-li Ekologiya liseyinin müəllimi Ariz Məmmədov, 3-cü yeri Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 №-li Respublika internat məktəbinin kitabxana müdiri Rövşən İgidəliyev qazanıb.
Birinci yerin qalibinə 300 manat, ikinci yerin qalibinə 200 manat, üçüncü yerin qalibinə isə 100 manat məbləğində pul mükafatı təqdim olunub.
Hakimlər Kollegiyası üzvlərinin hər birinə 100 manat pul verilib.
G.Hüseynova sonda qalibləri təbrik edib, onlara təhsil və idman sahəsində uğurlar arzulayıb.