Nərimanov rayonunda ittifaq üzvləri üçün bayram şənlikləri təşkil olunub


ATİAHİ Nərimanov rayon komitəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bir sıra tədbirlər keçirib.

Belə ki, komitənin təşkilatçılığı ilə Nərimanov rayonunun 34, 82, 177 və 207 №-li, həmçinin “Tərəqqi” texniki-humanitar liseyinin, “Ankara məktəbi” məktəb-liseyinin və Rabitə və İnformasiya Texnologiyaları üzrə Dövlət Peşə Təhsili Mərkəzinin işçilərinin iştirakı ilə ayrılıqda bayram şənlikləri təşkil olunub.

Bayram tədbirlərində şəhidlərimiz xatırlanıb, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında onların qəhrəmanlıqlarından söz açılıb. Eləcə də çıxış edənlər dünya azərbaycanlıları arasında əlaqələrin qurulmasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına, icmaların formalaşmasına, aktivliyinin yüksəlməsinə, həmçinin onlarda milli mənlik şüurunun güclənməsinə, Vətənə bağlılığın artmasına verdiyi dəstəkdən danışıblar. Bundan başqa, ötən 2023-cü ildə ölkəmizin qazandığı nailiyyətlərdən, artan beynəlxalq nüfuzundan, yüksələn iqtisadi qüdrətindən bəhs olunub.

Şənliklərdə ittifaq üzvləri üçün süfrələr açılıb, rəngarəng konsert proqramları təşkil olunub.

Şaxta baba və Qar qız iştirakçılara Yeni il arzularını çatdırıb, şən zarafatları ilə xoş ovqat yaradıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo