Bakının İ.Hacıyev adına “Tərəqqi” texniki-humnitar liseyinin müəllimləri mükafatlandırılıb.
Belə ki, liseyin ittifaq üzvləri - Azərbaycan dili və ədəbiyyatı müəllimi Əbadət Əhmədova əmək fəaliyyətinin 40 və anadan olmasının 65, ingilis dili müəllimi Məlahət Sadıxova əmək fəaliyyətinin 40 və anadan olmasının 65, fiziki tərbiyə müəllimi Yelena Həsənova əmək fəaliyyətinin 25 və anadan olmasının 50 illik yubileyləri münasibətilə ATİAHİ Nərimanov rayon komitəsinin fəxri fərmanı ilə təltif ediliblər.
Azərbaycan həmkarlar ittifaqları hər zaman üzvlərinin əmək hüquqlarını müdafiə edir, səmərəli fəaliyyətlərini yüksək qiymətləndirir.