ATİAHİ Nərimanov rayon komitəsinin maliyyə dəstəyi ilə tabeliyində olan təşkilatlarda çalışan ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək üçün Azərbaycanın dilbər guşələrinə turlar davam edir.
Belə ki, komitə tərəfindən 47, 82, 177, 202, 212 nömrəli tam orta məktəblərində, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında, həmçinin 89 və 183 nömrəli körpələr evi-uşaq bağçalarında çalışan ittifaq üzvlərinin ölkəmizin səfalı bölgələrinə bir günlük istirahət səfərləri təşkil olunub.
İsmayıllı, Qusar, Quba, Şamaxı, Lənkəran və Xaçmaz rayonlarında olan təhsil işçiləri həmin rayonların gəzməli və görməli ərazilərində olub, könül oxşayan təbiət mənzərələrini seyr edib əyləniblər. Eləcə də tur iştirakçıları üçün süfrə açılıb, yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər. İttifaq üzvləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə edib və təşkilatçılara təşəkkür ediblər.