Nərimanov rayonunda ilk həmkarlar ittifaqı sədrləri ilə görüş keçirilib

ATİAHİ Nərimanov rayon komitəsində ilk həmkarlar ittifaqı sədrlərinin iştirakı ilə iclas keçirilib.
İclasda ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi qaydası haqqında iştirakçılara ətraflı məlumat verilib.
Qeyd olunub ki, seçkilər açıq səsvermə yolu ilə, demokratik ab-havada keçirilməlidir. Həmçinin sədrlərə digər qaydalar da izah edilib, bəzi tövsiyələr verilib, eləcə də onların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.
Rayon komitəsinin sədri Gülarə Hüseynova habelə iştirakçıları həmkarlar ittifaqlarının qarşısında duran vəzifələrlə tanış edib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo