ATİAHİ Nərimanov rayon komitəsi tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Nobel Qardaşları adına 36 №-li tam orta məktəbin 45 ittifaq üzvü iştirak edib.
Çıxış edənlər xalqımızın milli-azadlıq mübarizəsindən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən söz açıblar. Bildirilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası Azərbaycanın müstəqilliyini dünyaya bəyan etməklə xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyənləşdi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması istiqamətində mühüm addımlar atıldı. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Üstündən 70 il keçəndən sonra - 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. İlk illərdə müstəqilliyimizi itirmək, ölkəmizin real parçalanması təhlükəsi ilə üz-üzə qalsaq da, xalqımız öz xilaskar oğlunu – Ulu Öndər Heydər Əliyevi hakimiyyətə gətirməklə Azərbaycan bu fəlakətdən qurtuldu. Müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi istiqamətində Ümummilli Liderin müəyyən etdiyi təməllər onun müzəffər davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır.
İştirakçılar üçün süfrə açılıb, bayram proqramı təşkil olunub.