ATİAHİ Nərmanov rayon komitəsi hər zaman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailə üzvlərinə qayğı ilə yanaşır, maddi-mənəvi dəstək göstərir.
Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində rayonun 5 №-li respublika internat məktəbinin loqopedi Sidiqə Qasımovanın həyat yoldaşı mayor Abbas Qasımov, 47 №-li tam orta məktəbin müəllimi Natella Abbasovanın oğlu Vahid Abbasov, 291 №-li ekologiya liseyinin texnologiya müəllimi Türkan Qasımovanın qardaşı Orxan Qasımov, 36 №-li tam orta məktəbin müəllimi Şəmidə Əliyevanın oğlu mayor Emil Əliyev şəhid olub.
Ənənəyə sadiq qalaraq rayon komitəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə həmin şəhid ailələrinə baş çəkib, qayğıları ilə maraqlanıb. Həmçinin həmin ailələrə bayram sovqatı verilib.