Paytaxtın Nərimanov rayonunun 45 №-li tam orta məktəbinin həmkarlar ittifaqı komitəsinin sədri və riyaziyyat müəllimi Səlimə Hacıyevanın 60 yaşı tamam olub.
ATİAHİ Nərimanov rayon komitəsi S.Hacıyevanın ictimai işlərdə fəallığını, pedaqoji sahədəki səmərəli xidmətlərini nəzərə alaraq, həmçinin əmək fəaliyyətinin 33 və anadan olmasının 60 illik yubileyi münasibətilə onu fəxri fərmanla təltif edib, qiymətli hədiyyələr verib.
S.Hacıyeva ona göstərilən diqqətə və fəaliyyətinə verilən yüksək qiymətə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev başda olmaqla ATİAHİ Respublika Komitəsinin rəhbərliyinə və kollektivinə, o cümlədən Nərimanov rayon komitəsinə təşəkkür edib.