Nərimanov rayon komitəsi ittifaq üzvlərinin istirahətini diqqətdə saxlayır

ATİAHİ Nərimanov rayon komitəsi ittifaq üzvlərinin istirahətlərinin səmərəli keçirilməsinə xüsusi diqqət yetirir. Belə ki, rayon komitəsinin təşkilatçılığı ilə 57 №-li tam orta məktəbin ittifaq üzvlərinin Qəbələ rayonuna səfəri təşkil edilib.
Tur zamanı iştirakçılar rayonun gəzməli-görməli yerlərinə baş çəkib, qış fəslinin yaratdığı təbiət mənzərələrini seyr edib, fotolar çəkdiriblər. Həmçinin ittifaq üzvləri üçün süfrə açılıb, yerli mətbəxin təamlarına qonaq ediliblər. Müəllimlər onların istirahəti üçün yaradılmış şəraitdən razılıq edib və təşkilatçılara təşəkkür ediblər.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo