ATİAHİ Nərimanov rayon komitəsi ittifaq üzvlərinin mənalı istirahəti və asudə vaxtının səmərəli keçirilməsi üçün tədbirlərini davam etdirir.
Bu dəfə komitə 37, 73, 82, 177, 193, 212 nömrəli tam orta məktəblərində, həmçinin Məkrəb Lisey Komplekində çalışan ittifaq üzvlərinin ölkəmizin səfalı bölgələrinə bir günlük istirahət səfərlərini təşkil edib.
Qusar, Quba, Lerik və Lənkəran rayonlarında olan təhsil işçiləri həmin rayonların gəzməli və görməli ərazilərində olub, könül oxşayan təbiət mənzərələrini seyr edib dincəliblər.
Eləcə də tur iştirakçıları üçün süfrə açılıb, yerli mətbəxin ləziz təamlarından dadıblar. İttifaq üzvləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.