“Ekoloji tərbiyənin təhsildə rolu” mövzusunda konfrans  keçirilib

Bakının Nərimanov rayonunun N.Tağıyev adına 212 №-li tam orta məktəbinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə “Ekoloji tərbiyənin təhsildə rolu” mövzusunda elmi-praktik konfrans  keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP29 bağlı təşkil olunan tədbirdə öncə məktəbin dəhlizində rəsm sərgisinə və “Ekoloji yaşıllaşdırma”, ”Təbiəti qoruyaq” “Azərbaycanın təbii sərvətləri”, ”Suyu və havanı çirkləndirməyək”, ”Ağaca qulluq etsən, öz bəhrəsini verəcək” mövzusunda əl işlərinə baxış keçirilib.
Konfransı giriş sözü ilə məktəbin direktoru Sevil Cavadova açıb və ölkəmizin yaşıl iqtisadi strategiyasından, bu istiqamətdə görülən işlərdən, alternativ enerji layihələrindən və onun səmərəsindən danışıb. Həmçini tədbir zamanı “Yaşıl dünya naminə həmrəylik ilinə” töhfə kimi məktəb kollektivi tərəfindən hazırlanan “Ekoloji tərbiyənin təhsildə rolu” adlı metodik vəsaitin təqdimatı olub. Kitabda dil və fənn müəllimlərinin məqalələri toplanaraq üç dilə tərcümə edilərək dərc edilib. Təhsil İnstitutunun şöbə müdiri, dosent Aynur Paşayeva, böyük elmi işçi Təranə İsmayılova, UNEC-nin baş müəllimi Cəmilə Həsənova, “Yaşıl dünya” elmi-tədqiqat dərnəyinin rəhbəri Könül Bayramova, 212 li tam orta məktəbin əməkdar müəllimi Nailə Mustafayeva elmi-praktik konfransın aktuallığından, təhsil müəssiəslərində ekoloji biliklərin geniş təbliğindən danışıb, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən bəhs edərək gənc nəslin tərbiyəsində və ekoloji dünyagörüşün formalaşdırılmasında müəllim-şagird münasibətlərinin vacibliyini  vurğulayıblar.
Sonda məktəbin yaradıcı şagirdlərinin təqdimatında ədəbi-bədii kompazisiya və COP29-la bağlı videoçarx nümayiş etdirilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo