ATİAHİ Nərimanov rayon komitəsi tabeliyində olan ilk təşkilatlarla birgə "Beynəlxalq Novruz Günü" ilə əlaqədar bir sıra tədbirlər keçirilib. Belə ki, rayon komitəsinin tabeliyində olan N.Qardaşları adına 36 № li tam orta məktəbin həmkarlar ittifaqı komitəsi 16 mart 2022-ci il tarixində 54 nəfər ittifaq üzvünün iştirakı ilə, Məktəb Lisey Kompleksinin həmkarlar ittifaqı komitəsi 18 mart 2022-ci il tarixində 58 nəfər ittifaq üzvünün iştirakı ilə, A.Hümbətov adına 291 № li Ekologiya liseyinin həmkarlar ittifaqı komitəsi 19 mart 2022-ci il tarixində 35 nəfər ittifaq üzvünün iştirakı ilə “Beynəlxalq Novruz Günü” bayramını qeyd ediblər. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 № li Respublika internat məktəbinin Azərbaycanın milli bayramı olan “Beynəlxalq Novruz günü” bayramını daha yüksək səviyyədə qeyd etmək və sosial müdafiələrini gücləndirmək məqsədilə məktəbin smetasının müvafiq bəndinə uyğun olaraq 104 nəfər, A.Vəliyev adına 258 № li tam orta məktəbin həmkarlar ittifaqı komitəsi 13 nəfər ittifaq üzvü mükafatlandırılıb. Həmçinin müraciət əsasında 147 nəfər ittifaq üzvünə maddi yardım təqdim olunub.
Həmçinin T.Həsənov adına 57 № li tam orta məktəbdə bayram münasibətilə “Bahar çələngi” adlı səməni müsabiqəsi keçirilib. Müsabiqədə bir-birindən gözəl səmənilər sərgilənib, iştirakçılar Fəxri Fərman və Diplomlarla təltif olunublar.
Baki Kompüter Peşə Liseyindədə Novruz bayramı münasibətilə “El şənliyi” təşkil olunmuş, liseyin rəhbəri Şaban Cəərçiyev çıxış edərək kollektivə bolluq, sevgi, uğur diləyib və sevinc dolu bir bayram arzu edib.
177 № li tam orta məktəbdə Novruz bayramı münasibətilə “Bahar çələngi” adlı tədbir keçirilib. Tədbirdə bir-birindən maraqlı rəqslər, musiqi nömrələri, səhnəciklər göstərilib, çıxışlar olunub. Novruz atributlarını özündə dolğun şəkildə əks etdirən tədbirdə keçəl və kosanın şən zarafatları bayram əhval-ruhiyyəsini daha da yüksəldib.
Rayon komitəsi Novruz bayramı ərəfəsində şəhid ailələrini də unutmayıb. Qeyd edək ki, ATİAHİ Nərimanov rayon komitəsi hər zaman şəhidlərimizin əziz xatirəsini yad edir, onların ailə üzvlərinə daim qayğı ilə yanaşır, maddi və mənəvi köməklik göstərir.
Ənənəyə sadiq qalaraq rayon komitəsi beş şəhid ailəsinə ərzaq məhsullarından ibarət sovqat təqdim edib.