Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nərimanov rayon komitəsinin təşkilatçılığı ilə 39 nömrəli tam orta məktəbin pedaqoji kollektivi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın işğaldan azad etdiyi, Azərbaycanımızın dilbər guşəsi olan Şuşa şəhərinə səfər ediblər.
Onlar şəhərin tarixi-mədəni irsi, işğal dövründə məruz qaldığı dağıntılar, hazırda aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar. Həmçinin ittifaq üzvləri Cıdır düzünü, Şuşa qalasını, Vaqifin məqbərəsini, Qala divarlarını, Üzeyir Hacıbəyli, Xurşudbanu Natavan və Bülbülün heykəlini, Gövhər ağa məscidini, ermənilər tərəfindən dağıdılmış digər mədəniyyət abidələrini ziyarət ediblər.
Eləcə də mədəniyyət paytaxtımız Şuşanı işğaldan azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Səfərdən mənun qalan və xoş təəssüratlarla ayrılan ittifaq üzvləri təşkilatçılara təşəkkür ediblər.