Bakının 193 №-li məktəbinin müəllimləri üçün tur təşkil olunub

Müəllimlərin istirahətlərinin səmərəli və mənalı keçirilməsi, asudə vaxtlarının keyfiyyətli təşkili məqsədilə ATİAHİ Nərimanov rayon komitəsi tərəfindən ölkəmizin səfalı guşələrinə turlar təşkil olunur.
Belə ki, rayon komitəsi rayonun 193 №-li məktəbin müəllimlərinin Şamaxı və İsmayıllı rayonlarına səfərini təşkil edib. Səfər zamanı rayonların ərazisində yerləşən istirahət mərkəzlərinə baş çəkilib, mənzərəli yerlər seyr edilib, fotolar çəkdirilib. Həmçinin tur iştirakçıları üçün süfrə açılıb, yerli mətbəxin ləziz təamlarından dadılıb. Müəllimlər onların istirahəti üçün yaradılmış şəraitindən razı qaldıqlarını ifadə ediblər və təşkilatçılara təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo