ATİAHİ RK Nərimanov rayon komitəsinin iclası keçirilib. İclasın gündəliyinə “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli qərarına əsasən bir sıra məktəbəqədər təhsil müəssisəsilərinin rayon komitəsinin xidmətinə qəbul edilməsi məsələsi daxil edilib. Tədbirə Nərimanov rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin ilk həmkarlar təşkilatı sədrləri dəvət olunub. Rayon komitəsinin sədri Gülarə Hüseynova yığıncaq iştirakçılarına qarşıda duran görüləcək işlər barədə geniş məlumat verib və onları təlimatlarla tanış edib.
Bildirilib ki, Nərimanov rayonunda 27 uşaq bağçası fəaliyyət göstərir. Onlarda 713 ittifaq üzvü çalışır.
Belə ki, Nərimanov rayonunun ərazisində yerləşən 4 №-li körpələr evi-uşaq bağçası, 37 №-li körpələr evi-uşaq bağçası, 42 №-li körpələr evi-uşaq bağçası, 49 №-li körpələr evi-uşaq bağçası, 56 №-li körpələr evi-uşaq bağçası, 58 №-li körpələr evi-uşaq bağçası, 64 №-li körpələr evi-uşaq bağçası, 69 №-li körpələr evi-uşaq bağçası, 71 №-li körpələr evi-uşaq bağçası, 80 №-li körpələr evi-uşaq bağçası, 89 №-li sanator tipli uşaq bağçası, 101 №-li körpələr evi-uşaq bağçası, 134 №-li uşaq bağçası, 148 №-li körpələr evi-uşaq bağçası, 164 №-li körpələr evi-uşaq bağçası, 165 №-li körpələr evi-uşaq bağçası, 168 №-li körpələr evi-uşaq bağçası, 180 №-li körpələr evi-uşaq bağçası, 182 №-li körpələr evi-uşaq bağçası, 183 №-li körpələr evi-uşaq bağçası, 185 №-li uşaq bağçası, 259 №-li uşaq bağçası, 303 №-li körpələr evi-uşaq bağçası, 304 №-li körpələr evi-uşaq bağçası, 305 №-li körpələr evi-uşaq bağçası, 306 №-li körpələr evi-uşaq bağçası, 307 №-li uşaq bağçasının rayon komitəsinin xidmətinə qəbul edilməsi barədə yazılı müraciətlərini nəzərə alaraq ATİAHİ Nərimanov Rayon Komitəsinin 29 sentyabr 2022-ci il tarixli rəyasət heyətinin qərarına əsasən, rayon komitəsinin xidmətinə qəbul edilib.
Təqdimata uyğun şəkildə könüllü olaraq hər bir ittifaq üzvü həmkarlar ittifaqı üzvünün qeydiyyat vərəqini doldurub və onun əsasında hər birinə ATİAHİ RK-nın bileti verilib.