Martın 16-da ATİAHİ Nərimanov rayon komitəsinin iclası keçirilib. Komitənin sədri Gülarə Hüseynova rəhbərlik etdiyi qurumun 2021-ci il ərzində gördüyü işlərin hesabatını verib və qarşıda duran vəzifələri açıqlayıb.
Mövzu ilə bağlı çıxış edən komitə üzvləri – İlham Salmanov, Arzu Babayeva, Xuraman İsbiyeva və digərləri görülən işlərdən razı qaldıqlarını bildiriblər. Qeyd olunub ki, rayon komitəsinə yazılı və şifahi müraciətləri vaxtında və dəqiq şəkildə araşdırılır, müvafiq tədbirlər görülür. Həmçinin onlar ittifaq üzvlərinin sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində görülən işləri qənaətbəxş hesab ediblər.