5 №-li Respublika internat məktəbi ilin ən yaxşı müəssisəsi seçilib
“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqədə iştirak etmək üçün Nərimanov rayon Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 №-li Respublika internat məktəbinin sənədləri AHİK-in müsabiqə komissiyasına təqdim edilib.
Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin və ətraf mühitin mühafizəsi sahəsində ən yaxşı müəssisə və təşkilatı aşkara çıxarmasına nail olmaqdır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 №-li Respublika internat məktəbi müsabiqənin qalibi olub və fəxri fərmanla təltif olunub. ATİAHİ Nərimanov rayon komitəsinin baş məsləhətçisi V.Əbilova məktəbin kollektivi ilə görüş keçirib və fəxri fərmanı məktəbin direktoru İradə Vəzirovaya təqdim edib.