ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilmiş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqəsinin qalibi olmuş Nərimanov rayon N.Tağıyev adına 212 №-li tam orta məktəb Respublika Komitəsinin Fəxri fərmanı ilə təltif edilib. Fəxri Fərman ATİAHİ Nərimanov rayon komitəsinin əməkdaşları tərəfindən məktəbin direktoru Məlahət Rəhimovaya təqdim edilib. Təhsil müəssisəsinin kollektivinin iştirakı ilə keçirilmiş təqdimat mərasimində məktəbin rayon üzrə nümunəvi məktəblərdən olduğu qeyd olunub. Həmçinin vurğulanıb ki, N.Tağıyev adına 212 №-li tam orta məktəbdə həmkarlar ittifaqı təşkilatının lazımi şəkildə fəaliyyət göstərə bilməsi üçün hər cür şərait yaradılıb.
Məktəbin direktoru M.Rəhimova göstərilən diqqət və qayğıya görə ATİAHİ Respublika Komitəsinə və ATİAHİ Nərimanov rayon komitəsinə təşəkkürünü bildirib.